Bakı-Tiflis-Ceyhan kəməri fəaliyyətini dayandırandan Azərbaycana 500 milyon ABŞ dolları həcmində ziyan dəyib

Bakı-Tiflis-Ceyhan kəməri fəaliyyətini dayandırandan Azərbaycana 500 milyon ABŞ dolları həcmində ziyan dəyib
# 13 avqust 2008 17:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyədə baş vermiş partlayış nəticəsində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin fəaliyyətini dayandırması səbəbindən vergi və əlavə ödəmələr nəzərə alınmadan Azərbaycan gündə 50-70 mln. ABŞ dolları itirir.

«Caspian Energy Alliance» neft-konsaltinq şirkətindən «APA-Economics»ə verilən məlumata görə, BTC-nin Türkiyə hissəsində bir-neçə gün davam edən yanğınla əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu kəmərlə ixracı dayandırıb, həmçinin «Azəri», «Çıraq» və «Günəşli» yataqlarından neft hasilatını azaldıb. Bununla, Azərbaycanda neft hasilatı təxminən 80% aşağı düşüb.

Hazırda Gürcüstanda baş verən hadisələrə görə, Azərbaycan və xarici şirkətlərin iqtisadi ziyanı 500 mln. dollar məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Türkiyə tərəfi BTC-nin sıradan çıxmış hissəsinin yanğın söndürüləndən təxminən 15 gün ərzində bərpa olunacağını bildirib. Yanğının avqustun 12-də söndürüldüyünü nəzərə alsaq, BTC-nin fəaliyyətinin təxminən avqustun 27-də bərpa edəcəyi aydın olur. Bu isə BTC-nin fəaliyyətini dayandırdığı müddətdə Azərbaycana təxminən 1 mlrd. dollardan artıq ziyan dəyəcəyini ehtimal etməyə əsas verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR