«Zamin Bank» SKB «Union Card» ödəniş sisteminə qoşulub

«Zamin Bank» SKB «Union Card» ödəniş sisteminə qoşulub
# 14 avqust 2008 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankı (SKB) «Union Card» ödəniş sisteminə qoşulub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank həmçinin ölkədə ilk dəfə olaraq «National Credit Card» plastik kartların emissiyasına başlayıb.
Bankın «National Credit Card» plastik kartlarına sahib olan müştəriləri istənilən məbləğdə (manat, rubl, dollar və avro) birbaşa ödəniş və bankomatlar vasitəsilə nağd pulun alınması əməliyyatını həyata keçirə bilərlər. Bu cür əməliyyatların Azərbaycanda və digər MDB ölkələrində aparılması mümkündür.
Qeyd edək ki, hazırda «Zamin Bank» SKB «Visa İnternational» (Electron, Classic, Gold, Platinum) ödəniş sisteminin üzvüdür.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın cari ilin iyul ayının 1-nə aktivlərinin həcmi 115,433 mln. manat, kredit portfeli 69,308 mln. manat, depozit portfeli 37,683 mln. manat, məcmu kapitalı 12,956 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib. Bankın respublika üzrə 20 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 20 bankomatı və 938 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR