Azərbaycanın «UniLeasing» şirkəti son bir ildə lizinq portfelini 2 dəfə genişləndirib

Azərbaycanın «UniLeasing» şirkəti son bir ildə lizinq portfelini 2 dəfə genişləndirib
# 14 avqust 2008 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfelinin həcmi bu ilin iyul ayının 1-nə 45,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, lizinq portfelinin 28,34%-i tikinti və tikinti materiallarının istehsalı, 22,47%-i istehsalat, 15,31%-i ticarət, 11,73%-i nəqliyyat, 5,12%-i səhiyyə, 17,03%-i isə digər sektorların payına düşüb.
Şirkətdən bildirilib ki, bu ilin üçüncü rübündə «UniLeasing» potensial müştərilərə yeni xidmətlər, o cümlədən minik və yük avtomobillərinin lizinqi layihələri çərçivəsində yeniliklər təklif etmək niyyətindədir. Bununla yanaşı beşinci regional nümayəndəliyin açılması və bir necə xarici maliyyə institutları ilə əməkdaşlıq haqqında sazişlərin imzalanması planlaşdırılır.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR