«UniLeasing»in biznes məqsədilə daşınmaz əmlak bazarının inkişafına sərmayələri 8 mln. dolları ötüb

«UniLeasing»in biznes məqsədilə daşınmaz əmlak bazarının inkişafına sərmayələri 8 mln. dolları ötüb
# 14 avqust 2008 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkəti biznes məqsədilə daşınmaz əmlak bazarının inkişafına 8 mln. ABŞ dollarından çox investisiya yatırıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, investisiyaların 50%-dən çoxu cari ilin payına düşür.
Qeyd edək ki, «Biznes məqsədilə daşınmaz əmlakın lizinqi» layihəsi çərçivəsində fiziki və hüquqi şəxslər biznes üçün tələb olunan ofis binaları, biznes mərkəzləri, mehmanxanalar, restoranlar, şadlıq evləri, banklar, istehsalat və ticarət üçün yerlər, həmçinin anbar və digər daşınmaz əmlakı lizinq vasitəsi ilə əldə edə bilərlər.
Ötən ilin sonuna bu layihə şirkətin lizinq portfelinin 11%-ni, cari ilin ikinci rübünün sonunda isə 15,6%-ni təşkil edib.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR