«Texnika Leasing» yanvar-iyun aylarında lizinq portfelini 82% artırıb

«Texnika Leasing» yanvar-iyun aylarında lizinq portfelini 82% artırıb
# 14 avqust 2008 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» şirkətinin lizinq portfelinin həcmi 2008-ci ilin iyul ayının 1-nə 6,642 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 81,5% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, lizinq portfelinin 70%-ni inşaat sektorunda istifadə olunan texnika, 30%-ni minik avtomobilləri təşkil edib. Bundan başqa, şirkət hesabat dövründə 37 lizinq müqaviləsi bağlayıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Qeyd edək ki, şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6 aydan 2 il müddətinədək verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25%-dir.
Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 200 min manat təşkil edib. Şirkətin fəaliyyət dairəsi yalnız Abşeron iqtisadi rayonunu əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR