«AtaSığorta» şirkətinin mənfəəti son bir ildə 3,6 dəfə artıb

«AtaSığorta» şirkətinin mənfəəti son bir ildə 3,6 dəfə artıb
# 14 avqust 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin bu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 2,291 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 17,7% artaraq 355,6 min manata çatıb.
Şirkətdən bildirilib ki, cari ilin 7 ayı ərzində «AtaSığorta» ASC-nin ümumi gəlirləri 2,870 mln. manat, xərcləri isə 2,078 mln. manat təşkil edib. Nəticədə, şirkətin balans mənfəəti bu ilin yanvar-iyul aylarında 0,792 mln. manat təşkil edib ki, bu da analoji dövrlə müqayisədə 3,6 dəfə çoxdur.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR