«Vneştorqbank»ın Azərbaycanın «AF Bank»ında nəzarət səhm paketinin alması başa çatır

«Vneştorqbank»ın Azərbaycanın «AF Bank»ında nəzarət səhm paketinin alması başa çatır
# 14 avqust 2008 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Rusiya «Vneştorqbank»ı (VTB) Azərbaycanın «AF Bank» Səhmdar Kommersiya Bankında nəzarət səhm paketinin (51%) alınması prosesini tamamlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, VTB-nin törəmə bankının Azərbaycanda qeydiyyatı üçün bəzi formal məsələlər qalıb: «Biz istərdik ki, bank artıq bu ay ərzində qeydiyyatdan keçsin. Artıq VTB-nin Bakıdakı ofisi də hazırdır».
Y.Şedrin onu da bildirib ki, artıq VTB Ermənistanda aldığı Əmanət Bankının Dağlıq Qarabağ filialını bağlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR