Azərbaycan «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin icrasında Avropa təcrübəsindən istifadə edəcək

Azərbaycan «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin icrasında Avropa təcrübəsindən istifadə edəcək
# 14 avqust 2008 15:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərpoçt» Dövlət Müəssisəsinin nümayəndələri avqustun 3-dən 10-dək İsveçrə və Benilüks (Belçika, Niderland, Lüksemburq) ölkələrində səfərdə olub.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində «Azərpoçt» DM-də bank-maliyyə xidmətlərinin yüksək səviyyədə təşkili ilə bağlı İsveçrə və Benilüks ölkələrinin təcrübəsini öyrənmək, «Azərpoçt»a məsləhət xidməti göstərən FACP şirkəti ilə imzalanmış müqaviləyə əlavə çərçivəsində poçt şöbələrinin təşkili modulu üzrə müvafiq tanışlıq aparmaqdır. Səfər çərçivəsində İsveçrə poçtunun yüksək vəzifəli şəxslərinin iştirakı ilə ikitərəfli görüş keçirilib, bu ölkənin poçtunda bank-maliyyə xidmətlərinin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatlar əldə edilib.
Benilüks ölkələrinə səfər zamanı isə bu dövlətlərin şəhərlərində yerləşən poçt şöbələrində ikitərəfli görüşlər keçirilib. Səfər çərçivəsində Lüksemburq, Belçika və Niderlandın poçt şöbələrində maliyyə və kommersiya xidmətlərinin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb, onların əsas iş prinsipləri ilə tanışlıq keçirilib, poçt-bank modelinin əsas xüsusiyyətləri öyrənilib.
Səfər zamanı əldə olunmuş təcrübədən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin tətbiqində geniş istifadə etmək planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR