Azərbaycan Milli Bankı ilin əvvəlindən aktivlərini 35% artırıb

Azərbaycan Milli Bankı ilin əvvəlindən aktivlərini 35% artırıb
# 14 avqust 2008 15:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) aktiv və passivlərinin həcmi 2008-ci ilin yanvar-iyul ayları ərzində 35,16% artaraq cari ilin avqust ayının 1-nə 5 578,226 mln. manat təşkil edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, aktivlərin strukturunda nağd vəsaitlər 20,442 mln. manat (ilin əvvəlindən azalma – 3,27 dəfə), Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar 218,575 mln. manat (-0,92%) təşkil edib. Bununla yanaşı, hesabat dövründə mərkəzi bankın investisiya qiymətli kağızlarının nominal üzrə həcmi 15,8% artaraq 385,320 mln. manata, qeyri-rezident banklardakı vəsaitləri 42,97% artaraq 4 753,703 mln. manata, kredit təşkilatlarına qarşı tələbləri 5,47% artaraq 88,550 mln. manata, hesablanmış faiz gəlirləri 0,35% artaraq 16,109 mln. manata, əsas vəsaitlər isə 8,19% artaraq 27,911 mln. manata çatıb.
Eyni zamanda, təhlil olunan dövr ərzində AMB-nin öhdəliklərinin strukturunda kredit təşkilatları qarşısındakı öhdəliklər 28,11% azalaraq 380,515 mln. manata, buraxılmış qiymətli kağızların nominal üzrə ümumi həcmi 47,4% azalaraq 132,075 mln. manata, BVF qarşısında öhdəliklər 4% azalaraq 287,786 mln. manata, hesablanmış faiz xərcləri isə 2,29 dəfə azalaraq 0,377 mln. manata çatıb. Lakin bununla yanaşı, yanvar-iyul aylarında mərkəzi bankın digər beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 36,06% artaraq 7,422 mln. manata, hökumət idarələri qarşısında öhdəlikləri 27,1 dəfə artaraq 1 034,068 mln. manata, dövriyyədə olan banknotlar və sikkələrin nominal üzrə həcmi 26,76% artaraq 3 690,184 mln. manata çatıb.
AMB-dən həmçinin bildirilib ki, hesabat dövründə mərkəzi bankın məcmu kapitalının həcmi 2,1 dəfə azalaraq artaraq 42,766 mln. manata çatıb, nizamnamə kapitalı və kapital ehtiyatları isə dəyişməz – müvafiq olaraq 10 mln. manat və 79,642 mln. manat səviyyəsində qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR