«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı sentyabrda keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı sentyabrda keçiriləcək
# 15 avqust 2008 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayının birinci dekadasında «Azər-Asiya» Azərbaycan-İran müştərək sığorta şirkətinin səhmdarlarının Bakı şəhərində növbəti yığıncağı keçiriləcək.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin ləğv olunması üçün müvafiq komissiyasının yaradılması, həmçinin təşkilatın nizamnaməsində bəzi dəyişikliklərin edilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı «Azər-Asiya»nın sığorta qanunvericiliyinə əməl etməməsi və fəaliyyətin lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Qeyd edək ki, iranlı səhmdarlar Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edir. Xarici səhmdarlar bu cür nöqsanlara yol vermə hallarını qanuna zidd olduğunu və şirkətin lisenziyasının heç vaxt ləğv edilməsinə yol verməyəcəklərini bildirir. İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar. Lakin, səhmdarlar məsələnin siyasiləşməsini problemin həll olunmasına imkan yaratmadığını vurğulayırlar.
Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR