«FINCA Azerbaijan» yanvar-iyul aylarında kredit portfelini 39% artırıb

«FINCA Azerbaijan» yanvar-iyul aylarında kredit portfelini 39% artırıb
# 15 avqust 2008 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi bu ilin avqust ayının 1-nə 61,316 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstəricidən 38,5% çoxdur.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Numəmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 30,975 mln. dolları qruplar üzrə, 30,341 mln. dolları isə fərdi qaydada verilib.
Z.Nurməmmədovun sözlərinə görə, cari ilin yanvar ayının 1-i ilə müqayisədə qruplar üzrə 35,8%, fərdi kreditlər üzrə isə 41,3% artım müşahidə olunub.
Həmçinin, yanvar-iyul aylarında təşkilatın müştərilərinin sayı 10,2% artaraq 81 863 nəfərə çatıb və bunun 63 252 nəfəri qrup müştəriləri, 18 611 nəfəri isə fərdi müştərilərdir.
Xatırladaq ki, təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib. «FINCA Azerbaijan» kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi qaydada isə 2-3% dərəcəsi ilə ayırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR