«Turanbank»ın xərcləri yanvar-iyun aylarında iki dəfə artıb

«Turanbank»ın xərcləri yanvar-iyun aylarında iki dəfə artıb
# 18 avqust 2008 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 76,175 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 31,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,8% artaraq 57,417 mln. manata, depozit portfeli isə 28,4% genişlənərək 33,889 mln. manata çatıb.
Bankın məcmu kapitalı 25% artaraq 15,703 mln. manat, o cümlədən, nizamnamə kapitalı 27,3% artaraq 14 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 56,5% artaraq 6,132 mln. manat, xərcləri isə 99% artaraq 5,037 mln. manat olub. Nəticədə, bankın mənfəəti 20,9% azalaraq 1,095 mln. manat təşkil edib. Bundan başqa, bank son bir il ərzində 1 bankomat və 42 POS-terminal quraşdırıb. Bu dövr ərzində bankın işçilərinin sayı 21,4% artaraq 176 nəfər təşkil edib.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 9 bankomatı və 64 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR