«Debut Bank» yanvar-iyun aylarında kredit portfelini 22% genişləndirib

«Debut Bank» yanvar-iyun aylarında kredit portfelini 22% genişləndirib
# 18 avqust 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bakının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 33,333 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 27,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,9% artaraq 28,932 mln. manata, depozit portfeli isə 34,9% artaraq 1,178 mln. manata çatıb.
Bankın məcmu kapitalı 9,3% artaraq 11,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 78% artaraq 555,352 min manata, xərcləri isə 58% artaraq 471,792 min manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 6,2 dəfə artaraq 83,559 min manat olub.
Bundan başqa, bank son bir il ərzində əlavə 2 bankomat və 21 POS-terminal quraşdırıb. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 11,9% artaraq 113 nəfər, orta aylıq əmək haqqı isə 27,7% artaraq 240 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi bir neçə fiziki şəxs olan «Debut Bank» SKB 1994-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 7 filialı, 7 bankomatı və 97 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR