Azərbaycan Mikromaliyyəşdirmə Bankı brendini dəyişir

Azərbaycan Mikromaliyyəşdirmə Bankı brendini dəyişir
# 18 avqust 2008 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Mikromaliyyəşdirmə Bankı (AMMB) brendini dəyişəcək.
AMMB-dən «APA-Economics»ə verilən məlumata görə, təşkilatın yeni brendinin «AccessBank» olacağı gözlənilir.
Qeyd edək ki, bankın yeni adı AMMB-nin təsisçilərindən birinin «AccessHolding» olması ilə bağlıdır. Xatırladaq ki, bu maliyyə qurumu AMMB-nin səhm kapitalında 16,53% paya malikdir.
Qeyd edək ki, AMMB 2002-ci ildən fəaliyyət göstərir. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 141,281 mln. manat, kredit portfeli 116,448 mln. manat, depozit portfeli 13,621 mln. manat, məcmu kapitalı 15,424 mln. manat, o cümlədən nizamnamə kapitalı 11 mln. təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR