«Qafqaz İnkişaf Bankı» son bir ildə xərclərini 75% artırıb

«Qafqaz İnkişaf Bankı» son bir ildə xərclərini 75% artırıb
# 19 avqust 2008 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı»nın aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 35,627 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 11% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,9% artaraq 28,499 mln. manata, depozit portfeli isə 11,8% azalaraq 2,759 mln. manata çatıb. Bankın məcmu kapitalı 2,3% artaraq 11,042 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji göstəricisi ilə müqayisədə 63,4% artaraq 2,755 mln. manat, xərcləri isə 75% artaraq 2,273 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 25,2% artaraq 482 min manata çatıb.
Xatırladaq ki, bu dövr ərzində bankın işçilərinin sayı 15,3% artaraq 68 nəfər təşkil edib.
Təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprel aında yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR