«Royal Bank of Baku» ilin sonunadək bankomatların sayını 24% artıracaq

«Royal Bank of Baku» ilin sonunadək bankomatların sayını 24% artıracaq
# 19 avqust 2008 09:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi bankomatların sayını 24% artıraraq 31-ə, POS-terminalların sayını isə 47% artıraraq 94-ə çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ölkəyə gətiriləcək yeni ATM-lər «NSR» adlı bankomatlardır və bunların bankın bütün filial və nümayəndəliklərində quraşdırılması planlaşdırılır.
Bundan başqa, bank ilin sonunadək aktiv plastik kartlarının sayını 2 dəfə artıraraq 10 minə çatdırmaq niyyətindədir. Kartlar «Azericard» Prosessinq Mərkəzi tərəfindən hazırlanacaq və bütün kartlar debet xarakterli olacaq.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 21 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR