Rusiyanın «Rossiya» sığorta şirkəti Azərbaycan bazarına çıxmağa hazırlaşır

Rusiyanın «Rossiya» sığorta şirkəti Azərbaycan bazarına çıxmağa hazırlaşır
# 19 avqust 2008 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Rossiya» Açıq Səhmdar Sığorta Cəmiyyəti Azərbaycan və Ukraynanın sığorta xidmətləri bazarına çıxmaq məqsədi ilə texniki prosedurlara başlayıb.
«Rossiya» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan və Ukraynanın sığorta bazarına çıxış şirkətin postsovet məkanında mövqeyini möhkəmləndirəcək. Belə ki, şirkət xidmətlərini özəl və korporativ sığortaçılara təklif edəcək. Əgər bir qədər öncə «Rossiya»nın məqsədi Rusiyada 10 aparıcı sığorta şirkəti sırasına düşmək idisə, artıq cəmiyyət öz strategiyasından kənara çıxaraq fəaliyyətini postsovet məkanında genişləndirmək fikrinə düşüb.
«Artıq yaxın gələcəkdə biz şirkətin sığorta bazarlarına hansı formatda çıxacağını müəyyənləşdirəcəyik. Yerli şirkətlərin alınması da istisna deyil», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən «Rossiya» sığorta təşkilatı «Boeing», «Shell», «Ericsson», «World Class» və digər tanınmış şirkətlərlə əməkdaşlıq edir. Hazırda şirkətin nizamnamə kapitalı 1 mlrd. rubl (təxminən 41 mln. ABŞ dolları) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR