İFC ilə «Azərdəmiryolbank» arasında 5 mln. dollarlıq kredit sazişi imzalanıb

İFC ilə «Azərdəmiryolbank» arasında 5 mln. dollarlıq kredit sazişi imzalanıb
# 19 avqust 2008 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) arasında kredit sazişi imzalanıb. Saziş İFC-nin vitse-prezidenti, baş icraçı direktoru Lars Tanelin Azərbaycana səfəri çərçivəsində bağlanıb.
«APA-Economics»in məlumatına görə, sazişə əsasən, İFC Azərbaycan bankına ipoteka əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə 5 mln. ABŞ dolları həcmində kredit ayıracaq.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində IFC Azərbaycanda həyata keçirilən 40-a yaxın layihənin icrasına 400 mln. ABŞ dollarından çox vəsait ayırıb.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, bankın kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR