«Azər-Türk Bank» ilin sonunadək aktivlərini 45% artıracaq

«Azər-Türk Bank» ilin sonunadək aktivlərini 45% artıracaq
# 20 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci il üçün strateji planına əsasən, bu il ərzində aktivlərin həcmini 45% artıraraq 50 mln. manata çatdırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin üzvü Həsən Bədəlov məlumat verib.
H.Bədəlovun sözlərinə görə, aktivlərlə yanaşı bankın kredit və depozit portfelində də artım müşahidə olunacaq. Belə ki, proqnozlara əsasən, cari il ərzində bankın kredit portfeli 50% artaraq 33 mln. manata, depozit portfeli isə 71,4% artaraq 36 mln. manata çatdırılacaq.
Qeyd edək ki, bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 37,463 mln. manat, kredit portfeli 26,133 mln. manat, depozit portfeli 22,936 mln. manat, məcmu kapitalı 11,258 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) daxildir. Hazırda bankın respublika üzrə 2 filialı və 3 bankomatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR