«Azərdəmiryolbank» avqustun sonunadək AYİB-dən cəlb etdiyi kreditin yerləşdirilməsini başa çatdıracaq

«Azərdəmiryolbank» avqustun sonunadək AYİB-dən cəlb etdiyi kreditin yerləşdirilməsini başa çatdıracaq
# 20 avqust 2008 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) avqust ayının sonunadək Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) sahibkarlığın maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitin yerləşdirilməsini tam başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərdəmiryolbank»ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.
R.Əmircanovun sözlərinə görə, AYİB-dən cəlb olunmuş 14 mln. ABŞ dollarlıq kreditin 10 mln. dolları artıq yerləşdirilib: «Yaxın iki həftə ərzində qalan 4 mln. dollar da yerləşdiriləcək».
R.Əmircanov həmçinin qeyd edib ki, «Azərdəmiryolbank»ın indiyədək AYİB-dən cəlb etdiyi kreditlərin ümumi həcmi təxminən 38 mln. dollar təşkil edir, bankın ümumilikdə xaricdən cəlb etdiyi kreditlərin məcmu həcmi isə 100 mln. dollardan artıqdır.
Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, bankın kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR