«Azərdəmiryolbank» ilin sonunadək məcmu kapitalını 40% artıracaq

«Azərdəmiryolbank» ilin sonunadək məcmu kapitalını 40% artıracaq
# 20 avqust 2008 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2008-ci ilin sonunadək məcmu kapitalını 40% artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Azərdəmiryolbank»ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.
R.Əmircanovun sözlərinə görə, hazırda bankın məcmu kapitalı 34 mln. manat təşkil edir və cari ilin sonunadək bu göstəricinin 40 mln. manata çatdırılacağı gözlənilir.
Xatırldaq ki, 2008-ci ilin əvvəlinə «Azərdəmiryolbank»ın məcmu kapitalı 28,66 mln. manat təşkil edib.
R.Əmircanov həmçinin qeyd edib ki, «Azərdəmiryolbank» bu ilin sonunadək nizamnamə kapitalının artırılmağı planlaşdırmır.
Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, bankın kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR