«Parabank»da yerləşdirilən əmanətlərin həcmi ilin əvvəlindən 92% artıb

«Parabank»da yerləşdirilən əmanətlərin həcmi ilin əvvəlindən 92% artıb
# 20 avqust 2008 11:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri bu ilin avqust ayının 1-nə 61,62 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 81,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 92,3% artaraq 35,59 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi isə 3,5 mln. manat olub.
Bankın depozit portfelinin həcmi cari ilin əvvəlinə nisbətən 89,1% artaraq 34,84 mln. manata, o cümlədən müddətli depozitlərin həcmi 92,2% artaraq 31,87 mln. manata çatıb. Fiziki şəxslərin «Parabank»da yerləşdirdiyi əmanətlərin həcmi isə 92,3% artaraq 29,73 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bankın gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 95% artaraq 891 min manata çatıb, faiz gəlirləri 2 dəfə, qeyri-faiz gəlirləri isə 65,5% artıb.
Xatırladaq ki, bu ilin avqust ayının 1-nə bankın məcmu kapitalı 11,94 mln. manat olub. Həmçinin hesabat dövrünün sonuna bankın plastik kartların sayı 1 421 ədəd, ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı isə 115 ədəd olub.
Təsisçisi 23 fiziki şəxs olan «Parabank» SKB 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 8 filialı və 9 bankomatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR