«Azərdəmiryolbank» ilin sonunadək İFC-dən daha 10 mln. dollar kredit cəlb edəcək

«Azərdəmiryolbank» ilin sonunadək İFC-dən daha 10 mln. dollar kredit cəlb edəcək
# 20 avqust 2008 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) lizinq əməliyyatları və ticarətin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədi ilə Beynəlxalq Maliyyə Korporasiyasından (İFC) 10 mln. ABŞ dolları həcmində iki kredit cəlb edəcək.
«APA-Economics»in məlumatına görə, bununla bağlı qərar bu ilin avqust ayının 19-da Bakıda İFC ilə «Azərdəmiryolbank» arasındakı imzalanma mərasimində verilib. Hər iki yeni kreditin həcmi 5 mln. dollara bərabər olacaq.
Qeyd edək ki, dünən imzalanan sazişə əsasən, İFC ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün «Azərdəmiryolbank»a 5 mln. dollar həcmində kredit ayırıb.
Xatırladaq ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində IFC Azərbaycanda həyata keçirilən 40-a yaxın layihənin icrasına 400 mln. dollardan çox vəsait ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR