Azərbaycanda I yarımillikdə sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» şirkəti liderlik edir

Azərbaycanda I yarımillikdə sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» şirkəti liderlik edir
# 20 avqust 2008 14:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin bu ilin yanvar-iyun aylarında həyata keçirdikləri sığorta ödənişlərinin ümumi həcmi 21,78 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 31,8% çoxdur.
«APA-Economics»in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı araşdırmaya görə, şirkətlər arasında sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» Dövlət Kommersiya Sığorta Şirkəti liderlik edir. Belə ki, dövlət şirkətinin bu ilin birinci yarısında həyata keçirdiyi ödənişlərinin həcmi 6,14 mln. manata bərabər olub və bu, respublika üzrə məcmu sığorta ödənişlərinin 28,2%-ni təşkil edir.
İlk üçlüyə həmçinin «MBASK» (2,36 mln. manat və ya 10,8%) və «A-Group» (2,02 mln. manat və ya 9,3%) sığorta şirkətləri daxildir. Qeyd edək ki, bu üçlüyün sığorta ödənişlərinin həcmi şirkətlər tərəfindən həyata keçirilən ümumi sığorta ödənişlərinin həcminin 48,3%-nə bərabərdir.
Həmçinin bildirilir ki, hesabat dövründə ölkədəki üç sığorta şirkəti («Qarant Sığorta», «Əmrah Sığorta» və «Nişan») heç bir ödəniş aparmayıb.
Şirkətlər sırasında ən az sığorta ödənişi isə «Azərqarant» şirkəti tərəfindən həyata keçirilib. Bu şirkətin sığorta ödənişlərinin həcmi 20 min manat (0,09%) təşkil edib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlər üzrə tərtib etdiyi renkinq göstərilir:

(mln. manat)

S/S

Sığorta təşkilatları

Sığorta ödənişləri

1

Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti

6,14

2

MBASK

2,36

3

A-Group

2,02

4

Standart İnsurance

1,98

5

Atəşgah

1,92

6

Beynəlxalq Sığorta Şirkəti

0,94

7

Başak-İnam Sığorta Şirkəti

0,89

8

AzSığorta

0,87

9

Xalq Sığorta

0,79

10

Kavkaz Sığorta

0,42

11

Azalsığorta

0,35

12

Azərbaycan Sənaye Sığorta

0,34

13

Era Trans

0,34

14

Bakı Sığorta

0,31

15

BE&G

0,27

16

AtaSığorta

0,27

17

Thames İnsurance Group

0,26

18

Paşa Sığorta

0,17

19

AIG Caspian İnsurance Company

0,16

20

Alfa Sığorta

0,16

21

Star Alyans

0,16

22

Günay-Anadolu

0,07

23

Fidan

0,05

24

Abşeron

0,05

25

Azərqarant

0,02

26

Qarant Sığorta

0,00

27

Əmrah

0,00

28

Nişan

0,00

Lisenziyası ləğv olunmuş sığorta təşkilatı

1

"Azər-Asiya" Müştərək Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

0,46

Y E K U N

21,78

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR