«YapıKredi Bank Azerbaijan» yanvar-iyun aylarında kredit portfelini 92% artırıb

«YapıKredi Bank Azerbaijan» yanvar-iyun aylarında kredit portfelini 92% artırıb
# 21 avqust 2008 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Səhmdar Kommersiya Bankının (keçmiş «KoçBank-Azərbaycan») aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 82,973 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-i ilə müqayisədə 21,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 91,6% artaraq 23,618 mln. manata, depozit portfeli isə 0,6% artaraq 54,743 mln. manata çatıb. Bankın məcmu kapitalı 45% artaraq 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,9% artaraq 5,775 mln. manat, xərcləri isə 99,5% artaraq 2,911 mln. manat olub. Nəticədə, bankın mənfəəti 23,5% artaraq 2,864 mln. manat, xalis mənfəəti isə 22,4% artaraq 2,184 mln. manat təşkil edib.
Xatırladaq ki, bank son bir ildə əlavə 2 bankomat və 12 POS-terminal quraşdırıb. Həmçinin
bu dövr ərzində bankın işçilərinin sayı 66% artaraq 83 nəfərə çatıb.
Təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 2 filialı, 12 bankomatı və 38 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR