Azərbaycandakı sığorta şirkətləri I yarımillikdə ümumilikdə 12,9 mln. manat mənfəət əldə edib

Azərbaycandakı sığorta şirkətləri I yarımillikdə ümumilikdə 12,9 mln. manat mənfəət əldə edib
# 21 avqust 2008 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 792,991 min manat həcmində vəsait ödəyib.
Maliyyəyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin birinci yarısında sığorta təşkilatlarının məcmu gəlirləri 133,295 mln. manat, xərcləri isə 120,365 mln. manat olub. Nəticədə, şirkətlərin ümumi mənfəəti ilk yarımillikdə 12,930 mln. manat təşkil edib.
Gəlirlərin strukturunda ən çox vəsait sığorta ehtiyatlarına ayırmalar (40,895 mln. manat), təkrar sığortaya verilmiş sığorta haqları (35,525 mln. manat) üzrə əldə olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 97,88 mln. manat, ödənişlərin həcmi isə 22,01 mln. manat olub.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir və bunların məcmu nizamnamə kapitalı 77,678 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR