Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçiləcək

Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçiləcək
# 27 avqust 2008 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayının ikinci dekadasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) növbəti iclası keçiriləcək.
ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, iclasın gündəliyində duran əsas məsələ qurumun Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlıdır.
Qeyd edək ki, ASA 2006-cı ilin dekabr ayında təsis edilib və 2007-ci il iyun ayının 22-də təsis yığıncağında sığorta şirkətlərinin nümayəndələrinin açıq səsverməsi yolu ilə qurumun Müşahidə Şurasının sədri vəzifəsinə «Standard İnsuranse» sığorta şirkəti İdarə Heyətinin sədri Kamal İbrahimov, Müşahidə Şurasının sədr müavini vəzifəsinə «MBASK» sığorta şirkəti İdarə Heyətinin sədri Cəmil Məlikov, icraçı direktor vəzifəsinə Hidayət Abdullayev, təftiş komissiyasının sədri vəzifəsinə isə «AzSığorta» şirkətinin baş direktor müavini Pünhan Abdullayev seçilib. Bu ilin mart ayının 1-dən isə ASA-nın icraçı direktor vəzifəsinə Qafar Məcidov təyin olunub.
Xatırladaq ki, quruma 29 sığorta şirkəti üzvdür (ləğv olunmuş «Azər-Asiya» sığorta şirkəti daxil olmaqla) və bu şirkətlərin ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR