Sentyabrda Bakıda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək

Sentyabrda Bakıda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək
# 28 avqust 2008 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayının 16-17-də Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) baş ofisindən məlumat verilib.
Konfransa dünyanın 10-a yaxın tanınmış investisiya və maliyyə qurumlarının nümayəndələri dəvət olunub. Tədbirdə həmçinin dünyanın ən iri maliyyə təşkilatları sayılan «Development World Market» və Fransanın «Planet Finance» maliyyə qurumlarının təmsilçiləri də iştirak edəcəklər.
Qeyd edək ki, konfrans hər il təşkil olunur və bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən bank və mikromaliyyə təşkilatlarının xarici kapital bazarına çıxışını təmin etmək, eyni zamanda xarici investorları Azərbaycana cəlb etməkdir.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR