«AzSığorta» şirkəti yeni baş ofisə köçüb

«AzSığorta» şirkəti yeni baş ofisə köçüb
# 28 avqust 2008 16:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti özünün yeni baş ofisinə köçüb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakı şəhərinin Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi,99/1 ünvanında yerləşir.
Şirkətin yeni baş ofisi «AzSığorta»nın öz vəsaiti hesabına alınıb və çoxmərtəbəli binanın birinci qatında yerləşir. Ofisə şirkətin digər satış ofisləri, həmçinin mühasibatlıq şöbəsi də birləşdirilib.
Qeyd edək ki, «AzSığorta» şirkəti əvvəllər Bakının Murtuza Muxtarov küçəsi,190 ünvanında fəaliyyət göstərib.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Şirkətin bu ilin yanvar-iyun aylarında sığorta daxilolmalarının həcmi 4,71 mln. manat, ödənişləri isə 0,87 mln. manat olub. Şirkət cari ilin birinci yarısında toplanan sığorta haqları üzrə ölkədə 8-ci, ödənişlər üzrə isə 7-ci yeri tutub. Şirkətin ümumi sığorta haqlarında xüsusi çəkisi 4,8%, ödənişlərdə isə 4%-ə bərabər olub. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. «AzSığorta» 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR