Azərbaycandakı bankların məcmu aktivlərinin həcmi yanvar-iyul aylarında 31% artıb

Azərbaycandakı bankların məcmu aktivlərinin həcmi yanvar-iyul aylarında 31% artıb
# 29 avqust 2008 13:13 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının məcmu aktiv və passivlərinin həcmi 2008-ci ilin avqust ayının 1-nə müvafiq olaraq 8 811,53 mln. manat təşkil edib. Cari ilin əvvəlinə olan analoji göstəricilərlə müqayisədə məcmu aktiv və passivlərin həcmi 31,01% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-dən bildirilib ki, bank aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 327,95 mln. manat, müxbir hesablar 753,32 mln. manat, maliyyə sektoruna verilmiş kreditlər və depozitlər 371,48 mln. manat, müştərilərə verilən kreditlər 6093,29 mln. manat, investisiyalar 568,85 mln. manat təşkil edib. Nəticədə, cari ilin yanvar ayının 1-nə olan analoji göstəricilərlə müqayisədə nağd vəsaitlər 14,71%, müxbir hesablar 8,69%, maliyyə sektoruna verilmiş kreditlər və depozitlər 29,32%, müştərilərə verilən kreditlər 38,67%, investisiyalar isə 20,44% artıb.
Bank passivlərinin strukturunda isə cəmi öhdəliklərin həcmi yanvar-iyul ayları ərzində 31,12% artaraq 7379,02 mln. manata, o cümlədən depozitlərin cəmi 15,73% artaraq 3978,84 mln. manata, maliyyə sektorundan alınmış kreditlər və depozitlərin həcmi 44,15% 2479,53 mln. manata çatıb.
Eyni zamanda, hesabat dövründə ölkədəki bankların məcmu kapitalının həcmi 30,45% artaraq avqustun 1-i vəziyyətinə 1432,51 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR