BFB-da 10305220S seriyalı 6,306 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10305220S seriyalı 6,306 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 29 avqust 2008 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305220S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 6 306 000 manat təşkil edib. Sifariş 94,86% (gəlirlik 11,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 94,86% (gəlirlik 11,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6,306 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 17-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR