İlin sonunadək Azərbaycandakı inflyasiya 23%-ə çatacaq

İlin sonunadək Azərbaycandakı inflyasiya 23%-ə çatacaq
# 30 avqust 2008 12:18 (UTC +04:00)
S.Həsənovanın sözlərinə görə, 2008-ci ilin sonuna kimi faktiki ÜDM istehsalının da ilkin proqnoz göstəricilərini üstələyəcəyi ehtimal olunur. Belə ki, ilkin proqnozlara əsasən, bu il Azərbaycanda 39 mlrd. manat həcmində ÜDM istehsalı planlaşdırılsa da, ilin sonunadək bu göstəricinin 41 mlrd. manata çatacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan hökumətinin ilkin proqnozlarına görə, 2008-ci ildə ölkədə inflyasiyanın 14%-dən çox olmayacağı gözlənilirdi. Lakin sonradan proqnoz bir qədər artırılaraq 18%-ə çatdırılıb. Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda illik inflyasiya tempinin 20%-dən az olmayacağını bəyan etmişdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR