Azərbaycanda «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin 98%-nin satışı üzrə investisiya müsabiqəsi keçirilir

Azərbaycanda «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin 98%-nin satışı üzrə investisiya müsabiqəsi keçirilir
# 01 sentyabr 2008 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin 98,38%-nin (85% + səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışından qalan 13,38% hissəsi) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif edən və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
İnvestisiya Proqramında anbar təsərrüfatının təkmilləşdirilməsi, işçilərin sosial təminatına dair təkliflər, həmçinin səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təkliflər əksini tapmalıdır.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 22 542 manat, buraxılmış səhmlərinin sayı 111 271 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsində satışa 109 467 ədəd səhm çıxarılıb ki, bunun da ümumi nominal dəyəri 218 934 manatdır.
Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 30 600 manat, o cümlədən, əmək haqqı və ona bərabər borclar 5 500 manat, mal, iş və xidmətlərə görə olan borcları 1 300 manat, debitor borcları isə 70 633 manatdır.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün oktyabrın 15-dək DƏİEDK-in inzibati binası, otaq 810, tel: 490 24 08 (əlavə 242) müraciət edə bilərlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu oktyabrın 15-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə oktyabrın 17-dən başlayaraq həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR