Bakıda «Qiymətli kağızlar bazarı» mövzusunda kurslar keçiriləcək

Bakıda «Qiymətli kağızlar bazarı» mövzusunda kurslar keçiriləcək
# 01 sentyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qiymətli kağızlar bazarı» mövzusunda kurslar keçirəcək.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, kursların bu ilin sentyabr ayının sonunda – oktyabr ayının əvvəlində başlanması planlaşdırılıb. Mühazirələri QKDK, Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinin (MDM) məsul əməkdaşları oxuyacaqlar. Kurslarda qiymətli kağızlar bazarı ilə maraqlananlar, bu bazarın peşəkar iştirakçısı olmaq və həmin sahədə biliklərini artırmaq istəyənlər iştirak edə bilər. «Qiymətli kağızlar bazarı» mövzusunda kursları bitirən şəxslərə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, üç həftə davam edəcək (həftədə 5 gün) kurslar QKDK-nın binasında saat 16:00-dan 18:00-dək keçiriləcək. Əlaqə telefonu: (+994 12) 493-50-58.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR