Azərbaycanın «İnkişaf üçün Maliyyə» kredit təşkilatı yaxın üç ildə kredit portfelini 2,5 dəfə genişləndirəcək

Azərbaycanın «İnkişaf üçün Maliyyə» kredit təşkilatı yaxın üç ildə kredit portfelini 2,5 dəfə genişləndirəcək
# 18 sentyabr 2008 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı 2011-ci ilə kimi kredit portfelini 2,5 dəfə artıraraq 15 mln. ABŞ dollarına çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.
C.Əliyevin sözlərinə görə, 2008-ci ilin sonuna kimi təşkilatın müştərilərinin sayında artım gözlənilir. Belə ki, ilin sonunadək müştərilərin sayının 11,67% artaraq 6 700 nəfərə çatacağı gözlənilir. Bununla yanaşı, cari ilin sonuna kimi təşkilatın iki yeni filialının açılması da nəzərdə tutulub. Yeni filiallar respublikanın bölgələrində yerləşəcək.
Qeyd edək ki, təşkilat tərəfindən kreditlər aylıq 2,5-3% dərəcəsi ilə ayrılır. Kreditlər əsasən aqrar sektor üçün nəzərdə tutulur.
Xatırladaq ki, «İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir və təsisçisi Böyük Britaniyanın «Oxfam» təşkilatıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR