Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq
# 18 sentyabr 2008 10:38 (UTC +04:00)
Ş.Mövsümovun sözlərinə görə, bu ilin avqust ayında Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsində baş vermiş yanğın nəticəsində neftin bu marşrutla nəqli müvəqqəti dayandırılmışdır. Bu isə öz növbəsində Fondun potensial daxilolmalarının azalmasına təsir göstərib. İcraçı direktor bu hadisənin baş verməyəcəyi təqdirdə ARDNF-in aktivlərinin ilin sonunadək hətta 14 mlrd. dollara çatacağını mümkün sayır.
Ş.Mövsümov həmçinin qeyd edib ki, artıq 2009-cu il ərzində Fondun aktivlərinin təxminən 40%-dək artaraq 18 mlrd. dollara çatacağı proqnozlaşdırılır. Bu isə 2007-ci ilin sonuna olan analoji göstəricini 7 dəfədən çox üstələyir.
Xatırladaq ki, sentyabr ayının əvvəlində ARDNF-in aktivlərinin həcmi ilk dəfə olaraq 10 mlrd. dollar həddini keçərək və 10,216 mlrd. dollar təşkil edib. Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarı və ixracının genişlənməsi nəticəsi olaraq 2008-ci ilin əvvəlində 2,5 mlrd. dollara bərabər olan Fondun valyuta vəsaitlərinin həcmi ötən 8 ayda 4 artıb.
Qeyd edək ki, Azərbaycan Milli Bankının rəsmi valyuta ehtiyatlarının həcmi sentyabr ayının 1-nə 5,3 mlrd. dollar təşkil edib. Yəni, cari ilin sentyabr ayının əvvəlinə Azərbaycanın məcmu valyuta ehtiyatlarının həcmi 15,5 mlrd. dollara çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR