Azərbaycan Hesablama Palatası yoxlamalar zamanı pozuntular aşkarlayıb

Azərbaycan Hesablama Palatası yoxlamalar zamanı pozuntular aşkarlayıb
# 18 sentyabr 2008 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası (AHP) respublikanın xaricdəki bir neçə diplomatik nümayəndəliyində yoxlama aparacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə AHP-nın sədri Heydər Əsədov məlumat verib.
H.Əsədovun sözlərinə görə, Palatanın təsdiq edilmiş iş planına uyğun olaraq, Azərbaycanın Yunanıstandakı səfirliyində yoxlama aparılacaq. Artıq analoji yoxlama ölkəmizin Ukraynadakı səfirliyində aparılıb.
H.Əsədov iş planına uyğun olaraq bu il 33 təşkilatda yoxlamaların aparılacağını bildirib: «Artıq onlardan 14-də yoxlama başa çatıb, bir neçəsində isə yekunlaşmaq üzrədir. Hazırda həmçinin Təhsil Nazirliyində dövlət proqramlarının icrası ilə bağlı yoxlamalar davam etdirilir».
Növbəti aylarda isə AHP Bakı kəndlərinin qazla təminatına dair proqramın icrası, eləcə də səhiyyə, gənclər və idman sahələrində başa çatmış dövlət proqramlarının icrasını araşdıracaq.
Palata sədri yoxlamalar zamanı müəyyən vəsaitlərin təyinatından yayındırılması kimi, habelə mühasibatlıqla bağlı pozuntuların aşkarlandığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR