Azərbaycanda icbari dövlət sosial sığortasına cəlb olunanların sayı 32% artıb

Azərbaycanda icbari dövlət sosial sığortasına cəlb olunanların sayı 32% artıb
# 18 sentyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Vergilər Nazirliyi qeydiyyat sistemlərini eyniləşdirdikdən sonra qeydiyyata alınan sığortaolunanların sayında ciddi artım müşahidə olunur. Bunu «APA-Economics»ə DSMF-nin sədri Səlim Müslümov bildirib.
«Qeydiyyat prosesləri ilə bağlı bütün məlumatları Vergilər Nazirliyi bizə ötürür. Bu səmərəli prosesdir və sığortaolunanların sayının artmasına imkan verir», - deyə S.Müslümov qeyd edib.
DSMF sədrinin sözlərinə görə, hazırda qeydiyyatda olan sığortolunanların sayı 1 mln. 710 min nəfərə çatıb.
Son 4,5 il müddətdə sığortaolunanların sayı 410 min nəfərdən çox və ya təxminən 32% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR