Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin gəlirliyi 2008-ci ildə azalacaq

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin gəlirliyi 2008-ci ildə azalacaq
# 18 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici operatorlara idarəetməyə verdiyi aktivlərin gəlirlik səviyyəsi 2008-ci ildə ötən ilə nisbətən bir qədər azalacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mösümovun sözlərinə görə, xarici operatorlara idarəetməyə verilən Fondun aktivlərinin gəlirlik səviyyəsi cari ilin sonunda dəqiqləşəcək: «Bizim aktivlərin gəlirlik səviyyəsi ötən ildən az olsa da, bu bir qədər də gözə çarpmayacaq».
Xatırladaq ki, 2008-ci ilin əvvəlinə Fondun aktivlərinin həcmi 2,5 mlrd. ABŞ dolları, sentyabrın əvvəlinə isə 10,2 mlrd. dollar təşkil edib. Cari ilin sonunadək bu göstəricinin 13 mlrnd. dollara, 2009-cu ilin sonuna kimi isə 18 mlrd. dollara çatacağı gözlənilir.
Ötən il ARDNF-in ümumi aktivləri üzrə gəlirliliyi manatla 5,04%, ABŞ dolları ilə 8,28% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR