«NBCBank» daha bir regional filial açıb

«NBCBank» daha bir regional filial açıb
# 18 sentyabr 2008 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) Sumqayıt şəhərində filial açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial vasitəsilə müştərilərə biznes kreditlər, depozit əməliyyatları, plastik kartlar, pulköçürmə əməliyyatları və digər xidmətlər göstəriləcək.
Qeyd edək ki, Sumqayıt filialı da daxil olmaqla, bankın respublika üzrə filiallarının sayı 7-yə çatıb i, bunun da 2-si paytaxtdan kənarda fəaliyyət göstərir.
Qeyd edək ki, «NBCBank» SKB 1992-ci ildən fəaliyyətə başlayıb. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 34,659 mln. manat, kredit portfeli 26,915 mln. manat, depozit portfeli 6,727 mln. manat, məcmu kapitalı 15,020 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR