Azərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək

Azərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək
# 18 sentyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev, Viktoriya Dementyeva – APA-Economics. Bu ilin noyabr ayının 13-15-də Bakıda MDB ölkələrinin VII Beynəlxalq Qiymətləndirmə Konqresi keçiriləcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Elçin Səmədlinin «APA-Economics»ə verdiyi məlumata görə, konqres AQC, MDB ölkələri Qiymətləndirmə Şurası və İFC-nin dəstəyi ilə keçirilir. Toplantının əsas mövzusu daşınmaz əmlak bazarında qiymətləndirmə fəaliyyəti ilə bağlı olacaq.
Konfransda Azərbaycanı AQC ilə yanaşı Milli Bankın da nümayəndələri təmsil edəcək.
Qeyd edə ki, AQC 1999-cu ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR