Azərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb

Azərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb
# 18 sentyabr 2008 15:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktivlərinin əsas hissəsi banklarda yerləşdirilmiş depozitlərin payına düşür.
«APA-Economics»in xəbərinə görə, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin məlumatına əsasən, bu rəqəm 88 mln. manat və yaxud sığorta aktivlərinin 39,4%-i təşkil edir. Belə ki, ölkədəki sığortaçıların ümumi aktivlərinin həcmi 2008-ci ilin ilk yarısının sonunda 223,2 mln. manat təşkil edib və bu, ilin əvvəlinə nisbətən 42,2% çoxdur.
Aktivlərin strukturunda həmçinin birbaşa sığorta üzrə debitorlarla hesablaşmalar (41,2 mln. manat), əsas vəsaitlər (30,8 mln. manat), hesablaşma hesabları (18,1 mln. manat) və s. var:




Qeyd edək ki, sığortaçıların məcmu əsas vəsaitlərinin tərkibində uzunmüddətli maliyyə qoyuluşları (5,2 mln. manat), uzunmüddətli qiymətli kağızlar (1,1 mln. manat), pul vəsaitləri və hesablaşmalar bölməsində isə qısamüddətli maliyyə qoyuluşları (6,1 mln. manat) və qısamüddətli qiymətli kağızlar (7,1 mln. manat) yer alıb. Beləliklə, bu cür investisayaların strukturu aşağıdakı kimidir:




Burada bir neçə amilləri vurğulamaq lazımdır. Belə ki, sığortaçılar ən likvid olan aktivlərə, yəni bank depozitlərinə üstünlük verir. Qeyd edək ki, dünya praktikasında sığortaçıların aktivlərində bank depozitlərinin payı 10%-i üstələmir. Bundan əlavə, sığortaçılar ümumilikdə gəlirliyi daha aşağı olan qısamüddətli investisiyalara üstünlük verir. Lakin etiraf etmək lazımdır ki, sığortaçılar artıq investisiya fəaliyyətini genişləndirir: uzunmüddətli maliyyə qoyuluşları ilin əvvəlindən 5,2 dəfə, uzunmüddətli qiymətli kağızların alınması 9 dəfə, qısamüddətli maliyyə qoyuluşları 2,1 dəfə, qısamüddətli qiymətli kağızların alınması isə 4,8 dəfə artıb.
Qeyd edək ki, Avropa və ABŞ sığortaçılarının əsas mənfəət mənbəyi rolunda məhz investisiya fəaliyyəti, aktivlərin idarə edilməsi üzrə əməliyyatlar çıxış etdiyi halda, Azərbaycanda sığortaçılar əsas gəliri yalnız birbaşa sığorta əməliyyatlarından qazanır, investisiya fəaliyyəti isə ikinci dərəcəli xarakteri daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR