Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək

Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək
# 19 sentyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Payızda Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının beşinci iclası keçiriləcək. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, komissiyanın iclasının Azərbaycanda prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi iclas çərçivəsində biznes-forumun keçirilməsi təklifi ilə də çıxış edib. Toplantıda hər hansı hökumətlərarası sənədin imzalanması nəzərdə tutulmur. Qeyd edək komissiyaya Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfdən isə enerji və təbii ehtiyatlar naziri A. Amadulla sədrlik edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR