Azərbaycanda monetləşmənin səviyyəsi ilk dəfə 20% həddini keçib

Azərbaycanda monetləşmənin səviyyəsi ilk dəfə 20% həddini keçib
# 19 sentyabr 2008 12:31 (UTC +04:00)
Azərbaycan Milli Bankdan (AMB) “APA-Economics”ə verilən məlumata əsasən, 2008-ci ilin yanvar-iyul ayları ərzində M2 pul aqreqatı 5 211,7 mln. manat təşkil edib ki, bunun həmin dövr üzrə ÜDM-yə nisbəti 22,6% təşkil edir.
M2 göstəricisinin ÜDM-yə nisbəti iqtisadiyyatda monetləşmə səviyyəsini, yəni iqtisadiyyatın pulla təchiz olunmasının səviyyəsini əks etdirir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 80-100%-ə çatır. Azərbaycanda isə bu rəqəm hələ də aşağı səviyyədə olsa da, onun dinamikası olduqca müsbətdir:




Beləliklə, yuxarıdakı cədvəldən Azərbaycan iqtisadiyyatının monetləşmə səviyyəsinin ilbəil yüksəldiyi görünür ki, bu da iqtisadiyyatın inkişafında real pul münasibətlərinin rolunun artmasından xəbər verir.
Qeyd edək ki, M2 aqreqatına dövriyyədə olan nağd pullar (M0 aqreqat), tələb olunanadək depozitlər və cari hesablar və müddətli depozitlər daxildir. Yəni, nominal pul kütləsinin (M2 aqreqatı) artması inflyasiyanı artıqmaqla yanaşı real pul kütləsini (M2-nin ÜDM-yə nisbəti), yəni monetləşmə səviyyəsini azaldır. Real iqtisadi artımla təmin olunmamış pul emissiyası hesabına artan pul kütləsi isə monetləşmənin səviyyəsini yüksəldə bilməz. Yəni, hazırda Azərbaycanda praqmatik pul siyasətin yeridiliyini demək olar. Bunu ölkədə müşahidə olunan inflyasiya proseslərində monetar amillərin rolunun az olması da sübut edir.
İqtisadiyyatın monetləşmə səviyyəsi doyalla iqtisadiyyatın bir hissəsinin bank pul dövriyyəsindən kənarda qaldığını göstərir. Azərbaycanda bu göstərici hələ də çox yüksək olsa da, qrafikdən görünür ki, monetləşmənin səviyyəsi üzrə müsbət tendensiya müşahidə olunur və rəsmi pul dövriyyəsindən kənarda qalan iqtisadiyyatın xüsusi çəkisi azalır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR