Avropa İttifaqı «Visa» və «MasterCard»a alternativ yaradır

Avropa İttifaqı «Visa» və «MasterCard»a alternativ yaradır
# 19 sentyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Fransa və Almaniyanın aparıcı bankları Avropa Komissiyası ilə Avropada yeni, «Visa» və «MasterCard»a alternativ olacaq ödəniş sisteminin yaradılmasına dair danışıqlar aparır.
«APA-Economics»in məlumatına görə, bu təklifi Avropa Mərkəzi Bankı da dəstəkləyir. «Artıq «Visa» və «MasterCard»ın mövcudluğu kifayət etmir. Avropanın elektron ödənişlərinin bazarında daha güclü rəqabətdə ehtiyac var», - deyə Avropa Mərkəzi Bankının ödəniş sistemləri üzrə baş direktoru Jan-Mişel Qodfrua bəyan edib.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı artıq vahid ödəniş sisteminin (SEPA) yaradılmasına start verib. SEPA 2010-cu ilin sonuna kimi vahid müdafiə sistemi ilə təchiz olunacaq Avropa kredit kartının tətbiqini nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR