Azərbaycanda yenidənmaliyyələşdirmənin həcmi tarixi maksimuma çatıb

Azərbaycanda yenidənmaliyyələşdirmənin həcmi tarixi maksimuma çatıb
# 19 sentyabr 2008 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda yenidənmaliyyələşdirmənin həcmi tarixi maksimuma çatıb. Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, mərkəzi bank tərəfindən yenidənmaliyyələşdirmənin həcmi 2008-ci ilin iyul ayının sonuna 106,7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə 17,6% çoxdur.




Yenidənmaliyyələşdirmə əməliyyatları bank sisteminin likvidliyinin tənzimlənməsi çərçivəsində aparılır. Likvidliyinin tənzimlənməsinə yönəldən digər alət – repo əməliyyatları AMB tərəfindən daha geniş istifadə olunur. Lakin repo əməliyyatları yalnız birgünlük xarakteri daşıyır, yenidənmaliyyələşdirmə əməliyyatları isə ortamüddətlidir.
Əslində, yenidənmaliyyələşdirmənin artıması bankların likvidliyinin azalmasının göstəricisidir. Amma etiraf etmək lazımdır ki, 106,7 mln. manat – elə də böyük rəqəm deyil. Çünki yenidənmaliyyələşdirmə üzrə statistika artan dinamika ilə hesablanır. Repo əməliyyatları ilə müqayisədə (yanvar-avqust ayları üzrə 3,4 mlrd. manata yaxın olub) yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi çox aşağıdır. Lakin vurğulamalaq lazımdır ki, burada əsas amil bu alətin daha uzunmüddətli olması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR