Azərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb

Azərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb
# 22 sentyabr 2008 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ticarət və xidmət şəbəkəsində əhaliyə 8 808,9 mln. manatlıq və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 18,1% çox istehlak malları satılıb və pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 63,6%-i ticarət fəaliyyəti, 36,4%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.
İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 77% və 23% təşkil edib.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 90,7%-i özəl müəssisələrin fəaliyyəti hesabına təmin olunub.
Bu ilin yanvar-avqust ayları ərzində ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 041,1 manatlıq və ya əvvəlki ilin analoji dövründəkindən 306,1 manatlıq və ya 41,7% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR