«Bank of Azerbaijan» bu il aktivlərini 30%, kredit portfelini 35% artıracaq

«Bank of Azerbaijan» bu il aktivlərini 30%, kredit portfelini 35% artıracaq
# 22 sentyabr 2008 07:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci il ərzində aktivlərinin həcmini 30,4% artıraraq 120 mln. manata çatdırmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Müslüm Mürsəlovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla yanaşı bankın kredit və depozit portfellərində də artım gözlənilir. Belə ki, ilin sonuna olan proqnoza əsasən, kredit portfelinin 35% artaraq 100 mln. manata, depozit portfelinin isə 14,3% artaraq 40 mln. manata çatacağı proqnozlaşdırılır.
Bankın sədri bildirib ki, həmçinin emissiya olunan plastik kartların sayı artırılacaq. Belə ki, cari ilin sonunadək bankın aktiv plastik kartlarının sayı 5 dəfə artırılaraq 10 minə çatdırılacaq.
Xatırladaq ki, «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı, 20 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR