2021-ci ilin I yarısında "Azexport" portalına 236,6 mln. dollarlıq sifarişlər daxil olub

2021-ci ilin I yarısında "Azexport" portalına 236,6 mln. dollarlıq sifarişlər daxil olub
# 30 iyul 2021 10:59 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2021-ci ilin iyun ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42,3 mln. ABŞ dolları təşkil edib.

2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,432 mlrd. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR