2022-ci ilin büdcə zərfi parlamentin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 10 noyabr 2021 16:24 (UTC +04:00)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunub.
APA-nın məlumatına görə, iclasda İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak ediblər.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
***

saat 11.02

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda 2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə edilir.
Büdcə zərfinə aşağıdakı qanun layihələr daxildir:
- “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi;
- “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi;
- “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi;
- “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi;
İclasda Hesablama Palatasının "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinə və büdcə zərfinə daxil olan digər qanun layihələrinə rəyləri də təqdim olunacaq.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR